Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 24 fevral 2021 03:11 (UTC +04:00)

Dünyada son sutka ərzində 280 853 nəfər koronavirusa yoluxub, 6 884 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 111 419 939 yoluxma hadisəsi, 2 470 772 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Şimali və Cənubi Amerikanın (121 628) payına düşür. Digər yerləri isə Avropa (97 003) və Cənub-Şərqi Asiya (27 600) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR