Dünyada son sutkada 304 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 304 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 10 fevral 2021 02:10 (UTC +04:00)

Dünyada son sutka ərzində 304 166 nəfər koronavirusa yoluxub, 8021 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 106 125 682 yoluxma hadisəsi, 2 320 682 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (154 189) payına düşür. Digər yerləri isə, Avropa (92 152) və Cənub-Şərqi Asiya (22 558) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR