Dünyada son sutkada 403 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 403 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 04 fevral 2021 03:20 (UTC +04:00)

Dünyada son sutka ərzində 403 263 nəfər koronavirusa yoluxub, 12 120 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 103 362 039 yoluxma hadisəsi, 2 244 713 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (202 291), payına düşür. Digər yerləri isə Avropa (134 985) və Cənub-Şərqi Asiya (24 035) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR