Dünyada son sutkada 410 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 410 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 13 fevral 2021 23:18 (UTC +04:00)

Dünyada son sutka ərzində 410 876 nəfər koronavirusa yoluxub, 12 958 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 107 838 255 yoluxma hadisəsi, 2 373 398 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (207 123) payına düşür. Digər yerləri isə Avropa (137 791) və Şərqi Aralıq dənizi bölgəsi (25 039) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR