Dünyada son sutkada 420 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 420 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 28 fevral 2021 04:12 (UTC +04:00)

Dünyada son sutka ərzində 420 491 nəfər koronavirusa yoluxub, 10 939 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 117 076 707 yoluxma hadisəsi, 2 512 272 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Şimali və Cənubi Amerikanın (187 378) payına düşür. Digər yerləri isə Avropa (163 763) və Cənub-Şərqi Asiya (30 978) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR