Dünyada son sutkada 444 min koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 444 min koronavirusa yoluxma qeydə alınıb
# 02 fevral 2021 08:20 (UTC +04:00)

Dünyada son sutka ərzində 444 580 nəfər koronavirusa yoluxub, 10 885 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 102 584 351 yoluxma hadisəsi, 2 222 647 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 58 faizdən çoxu Şimali və Cənubi Amerikanın (258 396), payına düşür. Digər yerləri isə Avropa (116 369) və Cənub-Şərqi Asiya (25 989) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR