Dünyada son sutkada 562 min koronavirusa yoluxma qeydə alınıb

Dünyada son sutkada 562 min koronavirusa yoluxma qeydə alınıb
# 29 yanvar 2021 04:12 (UTC +04:00)

Dünyada son sutka ərzində 562 001 nəfər koronavirusa yoluxub, 16 061 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 100 455 529 yoluxma hadisəsi, 2 166 440 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Şimali və Cənubi Amerikanın (274 335), payına düşür. Digər yerləri isə Avropa (209 786) və Cənub-Şərqi Asiya (26 530) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR