Dünyada son sutkada 640 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb

Dünyada son sutkada 640 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb
# 18 dekabr 2020 02:29 (UTC +04:00)

Dünyada son sutkada 642 738 nəfər koronavirusa yoluxub, 12 407 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 7 285 1747 yoluxma hadisəsi, 1 643 339 ölüm faktı qeydə alınıb.

Yoluxmanın 45 faizdən çoxu Şimali və Cənubi Amerikanın (291 600) payına düşür. Digər yerləri isə Avropa (269 527), Cənub-Şərqi Asiya (34 284) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR