Dünyada son sutkada 655 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb

Dünyada son sutkada 655 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb
# 26 dekabr 2020 05:12 (UTC +04:00)

Dünyada son sutkada 655041 nəfər koronavirusa yoluxub, 11 564 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 78 194 947 yoluxma hadisəsi, 1736 752 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 49 faizdən çoxu Şimali və Cənubi Amerikanın (323 507) payına düşür. Digər yerləri isə Avropa (245 610), Cənub-Şərqi Asiya (33084) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR