Dünyada son sutkada koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 348 mindən çox yoluxma qeydə alınıb
# 04 mart 2021 04:15 (UTC +04:00)

Dünyada son sutka ərzində 348 281 nəfər koronavirusa yoluxub, 7 807 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 114 428 211 yoluxma hadisəsi, 2 543 755 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 48 faizdən çoxu Avropanın (167 303) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (114 932) ilə Cənub-Şərqi Asiya (33 299) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR