Dünyada son sutkada koronavirusa 492 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 492 mindən çox yoluxma qeydə alınıb
# 13 mart 2021 23:24 (UTC +04:00)

Dünyada son sutka ərzində 492 351 nəfər koronavirusa yoluxub, 9 689 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 118 754 336 yoluxma hadisəsi, 2 634 370 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (204 889) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (188 005) ilə Cənub-Şərqi Asiya (51 286) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR