Dünyada son sutkada koronavirusa 518 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 518 mindən çox yoluxma qeydə alınıb
# 30 mart 2021 08:20 (UTC +04:00)

Dünyada son sutka ərzində 518 201 nəfər koronavirusa yoluxub, 8 923 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 126 890 540 yoluxma hadisəsi, 2 778 619 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 39 faizdən çoxu Şimali və Cənubi Amerikanın (204 009)payına düşür. Digər yerləri isə Avropa (176 469) ilə Cənub-Şərqi Asiya (76 529) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR