Dünyada son sutkada koronavirusa 535 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 535 mindən çox yoluxma qeydə alınıb
# 20 mart 2021 04:10 (UTC +04:00)

Dünyada son sutka ərzində 535 860 nəfər koronavirusa yoluxub, 9 868 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 121 464 666 yoluxma hadisəsi, 2 684 093 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Avropanın (233 900) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (195 970) ilə Cənub-Şərqi Asiya (4921) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR