Dünyada son sutkada koronavirusa 583 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 583 mindən çox yoluxma qeydə alınıb
# 05 yanvar 2021 04:16 (UTC +04:00)

Dünyada son sutkada 583 907 nəfər koronavirusa yoluxub, 7 957 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 83 910 386 yoluxma hadisəsi, 1 839 660 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 57 faizdən çoxu Şimali və Cənubi Amerikanın (337 231) payına düşür. Digər yerləri isə Avropa (173 812), Cənub-Şərqi Asiya (26 868) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR