Dünyada son sutkada koronavirusa 612 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 612 mindən çox yoluxma qeydə alınıb
# 28 mart 2021 05:18 (UTC +04:00)

Dünyada son sutka ərzində 612 369 nəfər koronavirusa yoluxub, 10 590 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 125 781 957 yoluxma hadisəsi, 2 759 432 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (255 773) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (222 213) ilə Cənub-Şərqi Asiya (71 708) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR