Dünyada son sutkada koronavirusa 616 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 616 mindən çox yoluxma qeydə alınıb
# 03 yanvar 2021 08:19 (UTC +04:00)

Dünyada son sutkada 616 069nəfər koronavirusa yoluxub, 10 697 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 82 579 768 yoluxma hadisəsi, 1 818 849 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 56 faizdən çoxu Şimali və Cənubi Amerikanın (348 200) payına düşür. Digər yerləri isə Avropa (206 848), Cənub-Şərqi Asiya (29 892) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR