Dünyada son sutkada koronavirusa 697 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 697 mindən çox yoluxma qeydə alınıb
  • Clock-gray 07:18
  • calendar-gray 15 Yanvar 2021

Dünyada son sutkada 697 485 nəfər koronavirusa yoluxub, 15 835 nəfər ölüb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 91 061 072  yoluxma hadisəsi, 1 970 741 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 50 faizdən çoxu Şimali və Cənubi Amerikanın (352 273), Avropa (248 308) payına düşür. Digər yerləri isə Afrika (31 106) bölüşür.

 

apa-logo-mini

Digər xəbərlər