Dünyada son sutkada koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 874 mindən çox yoluxma qeydə alınıb
# 23 aprel 2021 00:21 (UTC +04:00)

Dünyada son sutka ərzində 874 381 nəfər koronavirusa yoluxub, 14 033 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 143 445 675 yoluxma hadisəsi, 3 051 736 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 37 faizdən çoxu Cənub-Şərqi Asiyanın (329 450) payına düşür. Digər yerləri isə Avropa (242 407) ilə Şimali və Cənubi Amerika (218 907) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR