Dünyada son sutkada koronavirusa yoluxanların və ölənlərin sayında azalma müşahidə edilib

Dünyada son sutkada koronavirusa yoluxanların və ölənlərin sayında azalma müşahidə edilib
  • Clock-gray 23:25
  • calendar-gray 13 Aprel 2020

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı 76 498, ölənlərin sayı 5702 nəfər olub. Hər iki göstərici ötən gün qeydə alınandan azdır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatında bildirilib.

Qeyd edilib ki, ümumilikdə yeni virusa 1 773 084 nəfər yoluxub, 111 652 nəfər isə ölüb. 

Avropada yoluxan və ölənlərin sayı müvafiq olaraq 913 349 və 77 419 nəfər olub. 

Avropa ölkələrində gün ərzində yoluxanların sayı 33 243 nəfərə, ölənlərin sayı isə 3 118 nəfərə çatıb.

Amerikada cəmi 610 742 nəfər koronavirusa yoluxub, 23 759 ölüm hadisəsi qeydə alınıb. Bu materik son sutkada yoluxanların sayına görə (36 804), Avropanı qabaqlayıb. 

Dünyada koronavirusa yoluxma sayına görə sonrakı yerləri Çin, Koreya, və Yaponiyanın da daxil olduğu Qərbi Sakit Okean bölgəsi tutur. 

Aprelin 13-nə olan məlumata görə, bu məkanda 121 426 nəfər virusa yoluxub, 4 125 ölüm hadisəsi aşkarlanıb.

ÜST-ün son statistikasında yoluxmanın daha çox müşahidə edildiyi ölkələr bunlardır: ABŞ (524 514), İspaniya (166 019), İtaliya (156 363), Almaniya (123 016), Fransa (94 382), Birləşmiş Krallıq (84 283), Çin (83 597), İran (71 686), Türkiyə (56 956) və Belçika (29 647). 

 

Rəşad Sarıyev

Digər xəbərlər