Dünyanın ən zəngin insanı iqlim dəyişkənliyi ilə mübarizəyə 10 milyard dollar ayırıb

Dünyanın ən zəngin insanı  iqlim dəyişkənliyi ilə mübarizəyə 10 milyard dollar ayırıb
# 18 fevral 2020 05:24 (UTC +04:00)

Dünyanın ən zəngin insanı Cef Bezos iqlim dəyişkənliyi ilə mübarizəyə 10 milyard dollar ayıracaq.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, vəsait elm adamları, fəallar və digər qrupların fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunacaq.

"Mən bəşəriyyətin üz-üzə qaldığı iqlim dəyişkənliyi təhlükəsi ilə mübarizədə mövcud üsullarla yanaşı, yeni üsulların işlənib hazırlanmasını istəyirəm",- deyə dünyanın ən zəngin insanı bildirib.

O, vəsaitin bu ilin yayında köçürüləcəyini söyləyib.

Qeyd edək ki, Cef Bezosun ümumi sərvəti 130 milyard dollar həcmindədir. İqlim dəyişkənliyi ilə mübarizə üçün nəzərdə tutulan məbləğ iş adamının ümumi sərvətinin təxminən 8 faizini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR