Egey dənizində güclü zəlzələ olub

Egey dənizində güclü zəlzələ olub
# 27 noyabr 2019 12:21 (UTC +04:00)

Egey dənizinin Yunanıstan hissəsində, Kirit adasında yerli vaxtla Türkiyə vaxtı ilə saat 10.23-də 6.1 bal gücündə zəlzələ baş verib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, episentri Yunanıstanın mərkəzindən 256 kilometr uzaqda olan zəlzələ Türkiyə, Misir, İtaliya və Liviyada da hiss olunub.

Türkiyənin Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) zəlzələnin 5.9 maqnitudada olduğunu açıqlayıb. Dağıntı və itkilər barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR