Eksit-poll: Bolqarıstanda hakim partiya parlament seçkilərində qalibdir

Eksit-poll: Bolqarıstanda hakim partiya parlament seçkilərində qalibdir
# 04 aprel 2021 21:49 (UTC +04:00)

Bu gün Bolqarıstanda keçirilən parlament seçkiləri yerli vaxtla 20:00-da başa çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Bolqarıstan Milli Televiziyası eksit-polun nəticələrinə görə, hakim partiyanın 25% səs yığaraq qalib olduğunu açıqlayıb.

Bildirilib ki, seçkilərdə 7 partiya parlamentə keçmək hüququ qazanıb.

Qeyd edək ki, parlament seçkilərində 22 partiya və 8 seçki koalisiyası iştirak edib. 240 deputat mandatı uğrunda 6 895 namizəd mübarizə aparıb.

Seçkinin yekun nəticələri 3-4 gün sonra açıqlanacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR