Elmar Məmmədyarov Slovakiyada işgüzar səhər yeməyində Josep Borrellə görüşüb

Elmar Məmmədyarov Slovakiyada işgüzar səhər yeməyində Josep Borrellə görüşüb
# 05 dekabr 2019 11:56 (UTC +04:00)

Slovakiyanın paytaxtı Bratislavada “Şərq Tərəfdaşlığı” ölkələri Xarici İşlər nazirlərinin iştirakı ilə işgüzar səhər yeməyi təşkil edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.

Bildirilib ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell tərəfindən təşkil edilən səhər yeməyi ATƏT Nazirlər Şurasının iclası çərçivəsində baş tutub.

Səhər yeməyinə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR