Emmanuel Makron Livana səfər edəcək

Emmanuel Makron Livana səfər edəcək
# 05 avqust 2020 15:36 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron avqustun 6-da Livana səfər edəcək.

APA-nın "France Presse" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Prezident Administrasiyası məlumat yayıb.

Prezident Makronun səfərinin Beyrutda baş verən partlayışdan sonra Livana dəstək məqsədli olduğu bildirilir.

Xatırladaq ki, dünən Livanın paytaxtı Beyrutda limanında baş vermiş güclü partlayış nəticəsində 100dən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR