Ermənistan prezidenti Gürcüstana səfər edəcək

Ermənistan prezidenti Gürcüstana səfər edəcək
# 14 aprel 2021 12:41 (UTC +04:00)

Ermənistan Prezidenti Armen Sarkisyan sabah Tbilisiyə rəsmi səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, aprelin 15-də Ermənistan Prezidenti Armen Sarkisyan və həyat yoldaşı Nune Sarkisyan Gürcüstan Prezidenti Salome Zurabişvilinin Orbeliani sarayında rəsmi mərasimlə qarşılanacaq. Məlumata əsasən, səfər çərçivəsində prezidentlər arasında təkbətək və geniş tərkibdə görüşlər keçiriləcək. Daha sonra tərəflər birgə mətbuat konfransı ilə çıxış edəcəklər.

Ermənistan Prezidentinin Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşü də planlaşdırılıb.

A. Sarkisyanın Tbilisidəki erməni kilsəsini də ziyarət edəcəyi qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR