Estoniya müdafiə naziri Rusiya ilə müharibəyə hazırlaşan yeniyetmələrin sayının artdığını bildirib

Estoniya müdafiə naziri Rusiya ilə müharibəyə hazırlaşan yeniyetmələrin sayının artdığını bildirib
  • Clock-gray 15:24
  • calendar-gray 07 Mart 2021

“Sosioloji sorğulara əsasən, Estoniyada yeniyetmələrin 63 faizi Rusiya ilə mümkün müharibəyə hazırdır".

APA-nın “RiaNovosti”yə istinadən verdiyi məlumata  görə, bu, keçirilən sosioloji sorğularda üzə çıxıb.

Ötən il bu göstərici 54 faiz olub.  

Bundan əvvəl Estoniyanın müdafiə naziri Kalle Laanet Rusiya ilə müharibəyə hazır olan yeniyetməlırin sayının artdığını bildirib.

Rusiyada isə hesab edirlər ki, rəsmi Tallin əhali arasında rusofobiyanı məqsədli şəkildə yayır. 

Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşı Leonid Vardomski bu kimi meylləri Estoniya hökumətinin ideyası adlandırıb. O bildirib ki, bununla rəsmi Tallin ölkə vətəndaşlarının diqqətini ölkənin əsas problemlərindən yayındırmağa çalışır.  Ekspertin sözlərinə görə, adı çəkilən ölkədə məktəblərin yuxarı siniflərində təhsil alan şagirdlər arasında anti-Rusiya təbliğatı daha güclü şəkildə aparılır. 

Qeyd edək ki, bundan əvvəl K. Laanet rəsmi Moskvanın ölkəsinin təhlükəsizliyinə real təhdid olduğunu bəyan edib.

apa-logo-mini

Digər xəbərlər