Etna vulkanı püskürməyə başlayıb

Etna vulkanı püskürməyə başlayıb
# 17 fevral 2021 05:10 (UTC +04:00)

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanı püskürməyə başlayıb.

APA xəbər verir ki, bu barədə “ANSA” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, vulkan püskürərkən cənub-şərq yamacındakı kraterdən vulkanik kül və lava qatı buraxıb. Vulkanik aktivliyin artması Milli Geofizika və Vulkanologiya İnstitutu tərəfindən yerli vaxtla saat 16:10-da (Bakı vaxtı ilə saat 19:10-da) qeydə alınıb.

Avropanın ən böyük aktiv vulkanı olan Etna daim mütəxəssislərin nəzarəti altındadır. Bir qayda olaraq, onun fəaliyyəti əhali üçün təhlükə yaratmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR