Eyfel qülləsi yenidən ziyarətçilər üçün açılıb

Eyfel qülləsi yenidən ziyarətçilər üçün açılıb
# 25 iyun 2020 12:12 (UTC +04:00)

Parisdə yerləşən Eyfel qülləsi yenidən ziyarətçilər üçün açılıb.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, qülləyə gələn ziyarətçilərdən ciddi gigiyena və təhlükəsizlik qaydalarına əməl etmək tələb olunur.

İyulun əvvəllərinə qədər 324 metrlik qülləyə çıxmaq üçün pilləkənlərdən istifadə olunacaq, infeksiyanın yayılma təhlükəsi ilə əlaqədar qüllənin liftlərinin fəaliyyəti məhdudlaşdırılıb.

Bundan əlavə, ziyarətçilərə qüllənin ikinci mərtəbəsindən yuxarı qalxmağa icazə verilməyəcək və 11 yaşdan yuxarı hər kəsdən tibbi maska taxmaq tələb olunur.

Bildirilib ki, qarşıdakı aylarda Eyfel qülləsi tam gücü ilə işləyəcək.

Xatırladaq ki, Fransada koronavirus pandemiyasının yayılması ilə əlaqədar Eyfel qülləsi martın 14-də etibarən ziyarətçilərin üzünə bağlanıb. Bu İkinci Dünya müharibəsindən sonra ikinci belə hal idi ki, Eyfel qülləsi uzun müddət fəaliyyətini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR