“Facebook” şirkəti istifadəçilərə qısa videolardan pul qazanmaq imkanı verəcəklərini bəyan edib

“Facebook” şirkəti istifadəçilərə qısa videolardan pul qazanmaq imkanı verəcəklərini bəyan edib
  • Clock-gray 06:11
  • calendar-gray 12 Mart 2021

“Facebook” şirkəti istifadəçilərin yerləşdirdikləri qısa videolarda reklamlardan pul qazanmağı təmin etməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə şirkətin meneceri  Yoav Arnşteyn açıqlamasında bildirib.

O qeyd edib ki, yaxın həftələrdə bununla bağlı sınaqlara başlanacaq. 

Bir dəqiqəlik videoda 30 saniyə, 3 dəqiqəlik videoda isə 45 saniyəlik reklam yerləşdirmək mümkün olacaq.

Eyni zamanda şirkət reklamın məzmununa mane olmayacağını vurğulayıb.

Arnşteyn əlavə edib ki, 18 yaş senzi qüvvədə qalmaq şərti ilə reklam yerləşdiriləcək video şəxsi profilindən deyil, qeydiyyatdan keçmiş səhifədən yayımlanmalıdır.

 

apa-logo-mini

Digər xəbərlər