Fransa, Almaniya, Britaniya və ABŞ Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

Fransa, Almaniya, Britaniya və ABŞ Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
# 17 fevral 2021 16:07 (UTC +04:00)

Fransa, Böyük Britaniya və Almaniya xarici işlər nazirləri İran məsələsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, fevralın 18-də Parisdə Fransanın Avropa və Xarici İşlər naziri Jan İv Lö Drian britaniyalı həmkarı Dominik Raab və almaniyalı həmkarı Hayko Maasla görüşəcək. ABŞ Dövlət katibi Antoni Blinken isə videokonfrans formatında görüşə qatılacaq.

Diplomatlar İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR