Fransa, Almaniya və Ukrayna liderləri Rusiya ilə gərginliyi müzakirə edəcək

Fransa, Almaniya və Ukrayna liderləri Rusiya ilə gərginliyi müzakirə edəcək
# 15 aprel 2021 19:20 (UTC +04:00)
Fransa, Almaniya və Ukrayna liderləri Rusiya ilə gərginliyi müzakirə edəcək.
APA-nın xəbərinə görə, bu barədə "France-Presse" agentliyi Yelisey Sarayına istinadən məlumat verib.
Frannsa prezidenti Emmanuel Makron, Ukrayna prezidenti Vladimir Zelenski və Almaniya kansleri Angela Merkel Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşdirilməsinin yaratdığı eskalasiya risklərini müzakirə edəcəklər.
"Zelenski naharda Prezident Makron tərəfindən qəbul ediləcək və bundan sonra hər iki prezident Merkelin iştirakı ilə videokonfrans keçirəcək", agentlik bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR