Fransa hökuməti ölkədə peyvəndləməni sürətləndirməyi vəd edib

Fransa hökuməti ölkədə peyvəndləməni sürətləndirməyi vəd edib
# 05 yanvar 2021 05:18 (UTC +04:00)

Fransa hökuməti ölkədə koronavirusa qarşı peyvəndləmənin çox ləng getdiyinə dair tənqidlərə münasibətini bildirib.

APA BBC-yə istinadən xəbər verir ki, Fransada ilk həftədə 516 peyvəndləmə həyata keçirilib.

Hökumət sözçüsü Qabriel Attal gecikmənin səbəbini maddi-texniki təchizatla əlaqəli olduğunu söyləyib. Qeyd edib ki, qocalar evində yaşlı insanları ziyarət etmək, onların hər birinin razılığını almaq da gecikməni şərtləndirən amillərdəndir.

Qeyd edək ki, Avropa Birliyi ölkələrində dekabrın 27-də “Pfizer / BioNTech” peyvəndləri tətbiq edilməyə başlanılıb. Bu proses Fransa ilə yanaşı, Almaniya və Hollandiyada da ləng aparılır. Sonuncu ölkələrdə isə səbəb kimi tətbiq edilmiş sərt məhdudiyyətlər göstərilib.

Bazar günü Almaniyada təxminən 240.000 peyvəndləmə aparılıb. İtaliyada isə həmin gün 118 554 nəfər peyvənd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR