Fransa prezidenti Yaxın Şərqdə “Jaguar” xüsusi təyinatlı dəstələrinin yerləşdirildiyini açıqlayıb

Fransa prezidenti Yaxın Şərqdə “Jaguar” xüsusi təyinatlı dəstələrinin yerləşdirildiyini açıqlayıb
# 17 yanvar 2020 06:34 (UTC +04:00)

Fransa Prezidenti Emmanuel Makron İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə Yaxın Şərqdə Fransanın “Jaguar” xüsusi təyinatlı dəstələrinin yerləşdirildiyini bəyan edib.

APA RİA "Novosti"yə istinadən xəbər verir ki, Fransa Prezidenti bu barədə “Tweeter” səhifəsində yazıb.

O bildirib ki, bölgədəki dəyişikliklərə baxmayaraq, Yaxın və Orta Şərqdə Fransa qüvvələri İSİD-la mübarizə əməliyyatını davam etdirir: “Qısa müddətdə Ərəbistan yarımadasına və Fars körfəzinə “Jaguar” xüsusi təyinatlı qüvvələrini yerləşdirdik”.

Qeyd edək ki, daha əvvəl Makron Fransanın “Şarl de Qoll” təyyarə daşıyıcısının İŞİD terrorçularına qarşı mübarizəni davam etdirmək məqsədilə Aralıq dənizinə qayıtdığını bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR