Fransada 22,8 min insan koronavirusdan ölüb

Fransada 22,8 min insan koronavirusdan ölüb
# 26 aprel 2020 21:53 (UTC +04:00)

Fransada koronavirusdan ölənlərin sayı son sutkada 242 nəfər artaraq, ümumilikdə 22 856 nəfərə çatıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

Ölüm hallarından 14 202-si xəstəxanalarda, 8654-ü isə qocalar evində qeydə alınıb.

Məlumata görə, ölkə ərazisində koronavirusa yoluxanların sayında son 24 saatda da artım olub. Belə ki, daha 461 fransalı virusa yoluxub və ümumilikdə yoluxma hallarının sayı 124 575-ə çatıb.

Reanimasiyalarda olan xəstələrin sayında azalmalar davam edir. Hazırda intensiv terapiya şöbələrində 4682 nəfər var. Ümumilikdə 28 217 nəfər tibb müəssisələrində müalicə alır. Epidemiyanın başlanğıcından bəri Fransada təxminən 45 min insan sağalaraq xəstəxanaları tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR