Fransada 8 yaşlı uşaq oynayarkən I Dünya Müharibəsinə aid qumbara tapıb

Fransada 8 yaşlı uşaq oynayarkən I Dünya Müharibəsinə aid qumbara tapıb
  • Clock-gray 08:42
  • calendar-gray 04 Aprel 2021

Fransada səkkiz yaşlı uşaq Lion şəhəri yaxınlığında, Tassan lya Demi-Lyun kommunasındakı bağlıq ərazidə Birinci Dünya Müharibəsi dövrünə aid qumbara tapıb. Onun zərərsizləşdirilməsi üçün əraziyə istehkamçılar cəlb olunub.

APA xəbər verir ki, bu barədə “Progres” qəzeti yazıb.

Uşaq qumbaranı bağda qardaşları ilə oynayarkən tapıb.

“Yaşının az olmasına baxmayaraq, uşaq dərhal qardaşlarına ehtiyatlı olmaları və kənar durmaları barədə xəbərdar edib, çünki onun əl qumbarasına oxşadıb. Bundan sonra mənə məlumat verdi və mən də jandarmaları çağırdım”, - deyə oğlanın atası bildirib.

Təhlükəsizlik səbəbindən qumbaranın olduğu ərazi mühasirəyə alınıb.

Mütəxəssislər qumbaranın I Dünya Müharibəsi dövründən qaldığını bildirirlər, ancaq ehtimal olunur ki, qumbara böyük ehtimalla tikinti zamanı bağın ərazisinə düşüb.

apa-logo-mini

Digər xəbərlər