Fransada COVID-19 diaqnozu ilə ölənlərin sayı 27 minə yaxınlaşır

Fransada COVID-19 diaqnozu ilə ölənlərin sayı 27 minə yaxınlaşır
# 12 may 2020 22:25 (UTC +04:00)

Fransada koronavirusdan ölənlərin sayı sayı 27 minə yaxınlaşır, son sutka ərzində daha 348 nəfər bu virusun qurbanına çevrilib. Son 24 saatda 802 nəfər koronavirusa yoluxub, bununla da ümumilikdə virusa yoluxanların sayı 178 225-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, indiyədək ölkə ərazisində virusa yoluxma nəticəsində 26 991 nəfər ölüb. Bundan əvvəl 26 643 nəfərin öldüyü bildirilmişdi.

Məlumata görə, 17 003 nəfər xəstəxanalarda, 9988 nəfər isə qocalar evlərində ölüb. 21 595 nəfər hazırda xəstəxanalardadır. Son sutka ərzində daha 670 nəfər xəstəxanaya yerləşdirilib.

Reanimasiyalarda olan xəstələrin sayı da azalır. Hazırda burada 2542 nəfər var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR