Fransada XV əsrdə aid kilsənin qəsdən yandırıldığı ehtimal olunur

Fransada XV əsrdə aid kilsənin qəsdən yandırıldığı ehtimal olunur
# 18 iyul 2020 15:56 (UTC +04:00)

Fransanın Nant şəhərinin prokurorluğu bu gün səhər saatlarında Müqəddəs Pyotr və Pavel kafedral kilsəsinin qəsdən yandırılması ilə bağlı təhqiqata başlayıb.

APA-nın "20 Minutes" nəşrinə istinadən verdiyi məlumata görə, Nant prokuroru Pyer Sena yanğının baş verməsinə əsas kimi kriminal versiyanı göstərib.

O, hadisə yerində üç yanğın ocağının olmasının buna dəlalət etdiyini bildirib.

Nəşrin yazdığına görə, təhqiqat “qəsdən yandırma” faktı ilə başladılıb.

Qeyd edək ki, Fransanın Baş Naziri Jan Kasteks Daxili İşlər və Mədəniyyət nazirlərinin müşayiəti ilə günün ikinci yarısında Nanta səfər edəcək.

Xatırladaq ki, Müqəddəs Pyotr və Pavel kafedral kilsəsinin əsası XV əsrdə qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR