Fransada atışma zamanı iki çeçen mühacir yaralanıb

Fransada atışma zamanı iki çeçen mühacir yaralanıb
# 18 mart 2021 03:21 (UTC +04:00)

Fransanın Ren şəhərində silahlı atışma nəticəsində iki çeçen mühacir yaralanıb.

APA xəbər verir ki, bu barədə “Telegramme” nəşri məlumat yayıb.

Hadisə “Carrefour City” minimarketinin qarşısında baş verib. Maska geyinmiş iki gənc marketin qarşısına toplaşan bir qrup insana yaxınlaşaraq tapançadan atəş açıb.

Yerli prokurorluğun məlumatına görə, hadisə nəticəsində 30-31 yaşlarında olan iki çeçen əsilli kişi yaralanıb. Onlardan birinin komaya düşdüyü bildirilir.

Hadisədən bir neçə dəqiqə sonra polis şübhəli qismində 21 yaşlı gənci saxlayıb. İlkin məlumata görə, insidentə səbəb müxtəlif qruplardan olan narkotik satıcıları arasında mübahisə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR