Fransada daha 66 nəfər koronavirusdan ölüb, 3325 nəfər isə virusa yoluxub

Fransada daha 66 nəfər koronavirusdan ölüb, 3325 nəfər isə virusa yoluxub
# 29 may 2020 04:37 (UTC +04:00)

Fransada son ərzində koronavirusdan ölənlərin sayı 66 nəfər artaraq, ümumilikdə 28 662 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsi məlumat yayıb.

“28 662 nəfər virusa yoluxma nəticəsində həyatını itirib ki, onlardan 18 326 nəfər xəstəxanalarda ölüb”, - qurumun məlumatında belə deyilir.

Epidemiyanın başlanğıcından bəri 101 220 nəfər xəstəxanaya müraciət edib, onlardan 17 875 nəfər reanimasiyalara yerləşdirilib. Hazırda xəstəxanalarda 15 208 xəstə qalmaqdadır. Son sutkada isə xəstəxanaya 253 yeni xəstə daxil olub. 67 191 xəstə isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, Fransada indiyədək 186 238 nəfərdə koronavirus aşkar edilib, son sutkada bu siyahıya 3325 nəfər də qoşulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR