Fransada helikopter qəzasıda 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb

Fransada helikopter qəzasıda 2 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb
# 10 fevral 2021 04:16 (UTC +04:00)

Fransanın Alp dağlarında yerləşən “Courchevel” xizəkçilik istirahət mərkəzinin yaxınlığında içərisində beş sərnişin olan helicopter qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, qəza ilə bağlı siqnal yerli vaxtla, təxminən saat 17:20-də alınıb.

Helikopterin 1.9 min metr yüksəklikdən düşdüyü bildirilib. Xilasedicilər hadisə yerinə, təxminən 40 dəqiqədən sonra gəliblər.

İlkin məlumatlara görə, qəza nəticəsində iki nəfər ölüb, 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR