Fransada koronavirusa yoluxanların sayı 27,4 mini keçib

Fransada koronavirusa yoluxanların sayı 27,4 mini keçib
  • Clock-gray 22:04
  • calendar-gray 14 May 2020

Fransada son sutka ərzində koronavirus infeksiyasından daha 351 nəfər ölüb, bununla da virusdan ölənlərin sayı 27 425 minə çatıb. İndiyədək ölkədə 178 870 nəfər virusa yoluxub, son 24 saatda isə yoluxanların sayı 810 nəfər təşkil edib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 17 224 nəfər xəstəxanalarda, 10 201 nəfər isə qocalar evlərində dünyasını dəyişib.

Koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı azalmaqda davam edir, hazırkı məlumata görə, onların sayı 20 463 nəfərdir. Bir həftə əvvəl bu rəqəm 23 208 idi. Son sutkada xəstəxanalara 542 yeni xəstə daxil olub.

COVID-19-a yoluxmuş 2299 nəfər hazırda reanimasiyalardadır. Son 24 saatda daha 52 xəstə reanimasiyaya yerləşdirilib.

apa-logo-mini

Digər xəbərlər