Fransada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb

Fransada koronavirusa yoluxanların sayı 4 milyonu ötüb
# 13 mart 2021 07:27 (UTC +04:00)

Fransada koronavirus infeksiyasına yoluxma hallarının sayı 4 milyonu keçib.

APA xəbər verir ki, bu barədə “Santé Publique” sanitariya agentliyi məlumat yayıb.

Məlumata görə, ölkədə gün ərzində 25 229 nəfərdə COVID-19 aşkar olunub. Ölkədəki koronavirus xəstələrinin ümumi sayı 4 015 560-a çatıb.

Eyni zamanda, 254 nəfər koronavirusun qurbanına çevrilib, bütün pandemiya dövrü ərzində isə 90 146 nəfər bu virusa yoluxaraq həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR