Fransada koronavirusdan ölənlərin sayı 11 minə yaxınlaşır

Fransada koronavirusdan ölənlərin sayı 11 minə yaxınlaşır
# 08 aprel 2020 22:44 (UTC +04:00)

Fransa xəstəxanalarında və tibbi-sosial müəssisələrdə koronavirusdan ölənlərin sayı 11 minə çatır.

APA xəbər verir ki, bunu ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon brifinq zamanı deyib.

“Epidemiya başlayandan bəri 60 min insan xəstəxanaya yerləşdirilib, onlardan 30 033 nəfəri hazırda xəstəxanalardadır. Bu günə qədər ağır vəziyyətdə olan 7048 xəstənin reanimasiyada müalicəyə ehtiyacı var”, - Salomon belə deyib.

Salomon bildirib ki, reanimasiyalarda olan xəstələrin 34%-i 60 yaşa qədər, 61%-i 60-80 yaşları arasında, daha 108 nəfəri isə 30 yaşdan aşağı olanlardır. Onun sözlərinə görə, 21 mindən çox insan sağalaraq xəstəxanaları tərk edib.

“Epidemiya müddətində xəstəxanalarda 7632 nəfər ölüb, onların 80%-i 70 yaşdan yuxarı insanlardır. Texniki problem səbəbindən bu gün tibb müəssisələrindən ölümlər haqqında məlumat daxil olmayıb. Xəstəxanalar və tibbi-sosial müəssisələr də daxil olmaqla, ölənlərin ümumi sayı – 10 869 nəfərdir”, - deyə baş direktor əlavə edib.

“Sante Publique” sanitar agentliyinin məlumatına görə, ölkədə koronavirusa təsdiqlənmiş yoluxma halı 82 048 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR