Fransada koronavirusdan ölənlərin sayı 28,2 mini keçib

Fransada koronavirusdan ölənlərin sayı 28,2 mini keçib
# 18 may 2020 22:23 (UTC +04:00)

Fransada sutka ərzində 131 nəfər koronavirus infeksiyasından dünyasını dəyişib, ölənlərin ümumi sayı 28 239 nəfər olub. Son 24 saatda ölkədə 358 nəfərdə COVID-19-a yoluxma faktı aşkarlanıb, bununla da virusa yoluxanların sayı 179 927-yə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölənlərin 17 589 nəfəri xəstəxanalarda, 10 650-si isə qocalar evlərində ölüb.

Xəstəxanalarda hazırda 19 015 nəfər qalır. Son sutkada bura 375 nəfər daxil olub. 1998 nəfər reanimasiyalarda olan xəstələrin sayıdır. Ümumilikdə reanimasiyalara daxil olanların sayında da azalma müşahidə olunur.

Epidemiyanın başlanğıcından bəri 98 853 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 17,5 min nəfəri reanimasiyalardadır. Təxminən 62 min fransalı sağalıb və xəstəxanalardan evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR