Fransada koronavirusdan ölənlərin sayı 4 min nəfəri ötüb

Fransada koronavirusdan ölənlərin sayı 4 min nəfəri ötüb
# 02 aprel 2020 08:21 (UTC +04:00)

Fransada son sutkada koronavirusdan 509 yeni ölüm hadisəsi qeydə alınıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, ölkədə virusdan ölənlərin ümumi sayı 4032 nəfərə çatıb.

Bu göstərici ilə koronavirusdan ölənlərin sayına görə İtaliya? İspaniya və ABŞ-dan sonra dördüncü olub.

Dövlət Səhiyyə Departamentinin direktoru Jerome Salomon mətbuat konfransında bildirib ki, koronavirusa yoluxanların ümumi sayı artaraq 56989 nəfərə yüksəlib.

O, 6017 nəfərin vəziyyətinin ağır olduğunu deyib.

Qeyd edək ki, Fransada koronavirusun yayıldığı gündən xəstəxanaların reanimasiya şöbələrində çarpayıların sayı 5 mindən 10 minə qədər artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR