Fransada silahlı kişi hücum edərək polis əməkdaşlarını yaralayıb

Fransada silahlı kişi hücum edərək polis əməkdaşlarını yaralayıb
# 10 dekabr 2020 07:11 (UTC +04:00)

İyirmi yaşlı şəxs Fransanın cənubunda polis məmurlarına soyuq silahla hücum edib.

APA-nın məlumatına görə, bu barədə “Journal du dimanche” nəşri məlumat yayıb.

Bildirilib ki, Voklyuz departamentinin Bollen kommunasında baş verən hadisə zamanı polislərdən ikisi yüngül bıçaq xəsarəti alıb. Onlardan biri boynundan yaralanıb.

Nəşrin yazdığına görə, hücum edən şəxs elektrik cərəyanından istifadə edilərək saxlanılıb. Onun radikal qruplaşmaların üzvi olması ehtimal edilir.

Faktla bağlı araşdırmanı Monpele polisi aparır. Antiterror üzrə Prokurorluq istintaqa cəlb edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR