Fransada son sutkada koronavirusdan 330 nəfər ölüb

Fransada son sutkada koronavirusdan 330 nəfər ölüb
# 05 may 2020 22:51 (UTC +04:00)

Fransada son sutkada koronavirusdan ölənlərin sayı 330 nəfərə artaraq 25,5 min nəfərə çatıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin son hesabatında bildirilib.

Qeyd edilib ki, epidemiya başlayandan Fransada 94 191 nəfər xəstəxanaya yerləşdirilib.

52 736 xəstə sağalaraq evə buraxılıb. Martın 1-dən ölkədə koronavirusdan ümumilikdə 25 531 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR