Fransada son sutkada koronavirusdan 44 nəfər ölüb

Fransada son sutkada koronavirusdan 44 nəfər ölüb
# 05 iyun 2020 02:10 (UTC +04:00)

Fransada son sutka ərzində koronavirusdan 44 nəfər vəfat edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, epidemiya başlayandan bu günə qədər ölənlərin sayı 29065 nəfərə çatıb.

Xəstəxanalarda 18715, tibbi-sosial müəssisələrdə isə 10350 ölüm hadisəsi qeydə alınıb.

Qeyd edək ki, tibbi-sosial müəssisələrdə qeydə alınan ölüm sayı iyunun 2-si tarixinə olan məlumatdır.

Yeni məlumatlar iyunun 9-da açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR