Fransada təyyarə qəzası nəticəsində 4 nəfər ölüb

Fransada təyyarə qəzası nəticəsində 4 nəfər ölüb
# 17 fevral 2020 01:38 (UTC +04:00)

Fransanın cənubundakı Aveyron bölgəsində kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində dörd nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “France Info” radiostansiyası məlumat yayıb.

Anqulem şəhərindən havaya qalxan sərnişin təyyarəsi Kressel bölgəsindəki Larzak aerodromunda uçuş-enmə zolağından bir neçə kilometr şimalda qəzaya uğrayıb. Hadisə barədə yanğın və xilasetmə xidmətinə, eləcə də polisə yerli fermerlərdən biri məlumat verib.

Bildirilir ki, pilot təyyarəni endirən zaman qəfildən idarəetməni itirib və təyyarə yerə toxunanda yanğın meydana gəlib. Nəticədə pilot və üç sərnişin xilasedicilər gələnədək dünyasını dəyişib. Ölənlərin şəxsiyyətləri hazırda müəyyənləşdirilir.

Hüquq-mühafizə orqanları müşahidə olunan güclü küləyin təyyarə qəzasına səbəb ola biləcəyini istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR