Fransada yanğınsöndürənlərlə polis arasında qarşıdurma olub

Fransada yanğınsöndürənlərlə polis arasında qarşıdurma olub
  • Clock-gray 21:28
  • calendar-gray 28 Yanvar 2020

 

Parisdə yanğınsöndürənlər hökumətin pensiya islahatlarına qarşı etiraz aksiyası keçiriblər. 

APA RİA BFMTV telekanalına istinadən xəbər verir ki, etiraz nümayişi zamanı polislə qarşıdurma baş verib. 

Yanğınsöndürənlərin etiraz aksiyası Respublika meydanından başlayaraq Milli meydanadək davam edib. Aksiya zamanı etirazçılardan altı nəfər saxlanılıb.

Qeyd edək ki, Fransada ötən il dekabrın 5-dən hökumətin elan etdiyi pensiya islahatlarına qarşı müxtəlif peşə sahələrinin nümayəndələri - nəqliyyat işçiləri, vəkillər, müəllimlər və s. davamlı olaraq etiraz aksiyası keçirib. 

Etirazların geniş miqyas almasına baxmayaraq, Fransa höküməti islahat planlarından imtina etməyib. Sözügedən qanun layihəsinin fevral ayında parlamentə təqdim ediləcəyi bildirilib.

 

Rəşad Sarıyev

Digər xəbərlər